Rüfətin komandası finala çıxa bilmədi
- 23:39
- 26
İsrail kubokunda pley-off mərhələsinin oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şimona" komandası öz meydanında "Hapoel”i (Təl-Əviv) qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb və onlar finala yüksəliblər.
Abdullazadə matça start heyətində başlayıb və sona qədər meydanda olub.
"Hapoel” finalda "Makkabi” (Təl-Əviv) ilə qarşılaşacaq