İsrail çempionatında yeni mövsümə start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şimona" komandası səfərdə "Makkabi" (Petah-Tikva) klubunun qonağı olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Abdullazadə matça start heyətində başlayıb və 67-ci dəqiqədə əvəzlənib.