Səudiyyə Ərəbistanı Pro Liqasında ikinci turun oyunları keçirilir. 

Rekord.az xəbər verir ki, “Əl-Nəsr” səfərdə “Əl-Riyad”ın qonağı olub.

“Əl-Nəsr”in ulduzu Kristiano Ronaldo yeni mövsümdə ilk dəfə meydana çıxıb. İkinci hissədə oyuna qoşulan portuqaliyalı ulduz 2026/27 mövsümündə debütunu qolla qeyd edib. O, 4:0 hesabıyla qalib gəldikləri matçın 83-cü dəqqiəsində fərqlənib.

Qeyd edək ki, iki turdan sonra maksimum nəticə göstərən “Əl-Nəsr” “Əl-Hilal” və “Neom”la birgə 6 xalla şərikli liderdir.