İspaniyanın "Deportivo" klubu İtaliya təmsilçisi "Roma"nın müdafiəçisi Anhelinyonu icarəyə götürüb.


Rekord.az Roma təmsilçisinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə icarə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.


Müqaviləyə ispan oyunçunu satın almaq hüququ da daxil edilib. Müdafiəçinin "Roma" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 4,5 milyon avro qiymətləndirir.


Anhelinyo "Roma"nın heyətində keçirdiyi 80 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl Almaniyanın "Leyptsiq", "Hoffenhaym", Niderlandın PSV, "NAK Breda" İngiltərənin "Mançester Siti", Türkiyənin "Qalatasaray", İspaniyanın "Malyorka" komandalarında çıxış edib.


Qeyd edək ki, "Deportivo" ötən mövsüm İspaniya Sequndasında ikinci pilləni tutaraq La Liqaya qayıdıb.