"Asco Arena" ilə bağlı maraqlı məlumat əldə etmişik.

 

Rekord.az xəbər verir ki "Region Liqası" təmsilçilərindən bəziləri ev oyunlarını bu stadionda keçirmək istəsə də icarə haqqının baha ollması onlara bu imkanı vermir.

 

Belə ki "həvəskarlar" icarə haqqı ilə maraqlandıqda məlum olur ki bir ev oyunu üçün tələb olunan məbləğ 400-500 manatdır. Bu rəqəm isə "Region Liqa" komandaları üçün uyğun rəqəm deyil. Bu səbəbdən də onlar niyyətlərindən geri çəkilməli olub.