Madrid "Real"ının hücumçusu Xakobo Orteqa Fransanın "Strasbur" klubuna keçib.

Rekord.az xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

"Transfermarkt" portalı sövdələşməni 10 milyon avro dəyərində qiymətləndirib.

İspaniya mediası qeyd edir ki, bu, əsas komandada oyun keçirməyən "Real"ın öz yetirməsinin rekord satışıdır.

Orteqa ötən mövsüm Madrid təmsilçisinin ikinci komandasında keçirdiyi 18 oyunda 6 qol vurub.