"Real" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanın transferindən imtina edib.

Rekord.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yüksək məvacib tələbi "kral klubu"nu fikrindən daşındırıb.

Bildirilib ki, 28 yaşlı oyunçu Madrid təmsilçisinə azad agent kimi keçsə belə, rəhbərlik onun şəxsi müqaviləsində göstərilən istəklərini qarşılamağa hazır deyil.

Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.