Misli Premyer Liqasında 10-cu tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, sonuncu oyunda "Sumqayıt" "Şəfa"nı qəbul edəcək.


Qarşılaşma "SOCAR Polymer Arena"da, saat 19:00-da start götürəcək.


"Gənclik şəhəri" təmsilçisi 8 xalla 9-cu pillədə qərarlaşıb. Qonaqlar 3 xalla 11-cidir.


Misli Premyer Liqası


10-cu tur


2 noyabr


19:00. "Sumqayıt" – "Şəfa"


Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.


VAR: Rauf Cabarov.


AVAR: Gülnurə Əkbərzadə.


Hakim-inspektor: Ceyhun Haşımov.


AFFA nümayəndəsi: Törə Əhmədova.


"SOCAR Polymer Arena"


Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.