“Real” “Bavriya”nın yarımmüdafiəçisi Leon Qaretsko ilə ciddi maraqlanır.

Rekord.az xəbər verir ki, amma “kral klubu” 26 yaşlı futbolçuya görə xərcə düşmək istəmir.

Rəhbərlik on u havayı əldə etməyi planlaşdırır.

Leonun müqaviləsi 2022-ci ilin yayında başa çatır. “Real” məhz bu məqamdan yararlanaraq yarımmüdafiəçini azad agent statusunda heyətə cəlb etmək niyyətindədir.

Onu da bildirək ki, Qaretsko ilə “Mançester Yunayted” də maraqlanır. İngiltərə nəhəngi, Pol Poqba komandanı tərk edəcəyi təqdirdə alman futbolçunu heyətə cəlb etmək istəyir.