
Raulu Arbeloa əvəzlədi
- 28 May 2025 21:00
- 75
"Real"ın ikinci komandası olan "Kastilya"nın yeni baş məşqçisi rəsmən açıqlanıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, Raul Qonzalesi bu vəzifədə klubun U-19 komandasını çalışdıran Alvaro Arbeloa əvəzləyib.
Arbeloa da Raul kimi, "Real"ın yetirməsi və uzun illər komandada çıxış etmiş futbolçularındandır.
42 yaşlı Arbeloa “Real”ın heyətində 2001–2006 və 2009–2016-cı illər aralığında çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi daha sonra məşqçilik fəaliyyətinə başlayıb.