Qurban Qurbanovun mətbuat konfransının vaxtı məlum oldu
- 13:00
- 33
UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada keçiriləcək.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.