
Qobustanda stolüstü tennis turniri
- 09:00
- 33
Qobustan İdman Kompleksində “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə yeniyetmələr arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nün qeyd olunması, uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.
Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunmuşdur.