Qismət Alıyev: "Çətin perioda girəcəyik" - MÜSAHİBƏ
- 15:00
- 36
"Zirə"nin və milli komandanın futbolçusu Qismət Alıyev "Turan Tovuz"la dünənki kubok matçından sonra Rekord.az-a müsahibə verib:
- Həm oyun, həm də mərhələni keçmək şanslarınız haqda fikirlərin maraqlıdır. 2:0 mərhələ keçmək üçün yetərli hesab sayıla bilər?
- Düşünmürəm. Çünki praktikada çox belə hal olub ki, ilk oyunu 0:2 uduzan komandalar cavam matçında oyunu çevirib. Həm də "Turan Tovuz" yaxşı komandadır, bunu bilirik, elə bu komanda ilə son oyunumuzu da yaxşı keçirməmişdik. Bu mənada oyuna yaxşı hazırlaşmışdıq. Bununla belə, mərhələnin taleyinin ikinci oyunda həll olunacağını düşünürəm.
- Çemionatda da avrokubok şansınız davam edir, kubokda da. Ümumiyyətlə qarşınıza mütləq avrokubok hədəfi qoyulub?
- Hədəf hər iki cəbhədə maksimum nəticə qazanmaqdı. 3 gün sonra "Şamaxı" ilə vacib oyunumuz var. Bundan sonra çətin peridoda girəcəyik. "Sabah" və "Neftçi" ilə çətin oyunlarımız olacaq. Bütün oyunlara da eyni məsuliyyətlə hazırlaşacayıq.
- Bu yaxınlarda milli komandanın da oyunları oldu və səni əsas heyətdə gördük. Nəzərə alaq ki, bu mövqeydə ciddi boşluq var və bu mənada sənin üçün davamlı əsas heyətdə oynamaq üçün şans yaranıb. Bu şansı nə dərəcədə yüksək qiymətləndirirsən?
- Millətlər Liqası öncəsi iki yoldaşlıq görüşümüz olacaq. Buna qədər gərək klubumda əsas heyətdə oynayım ki, milli məşqçilərinin də diqqətini çəkə bilim. Çünki oyunlarımızı izləyəcəklər. Bilirik ki, yoldaşlıq görüşlərindən də vacib Konfrans Liqasının oyunları gəlir. Mən də özümü yaxşı tərəfdən göstərəcəm ki, yenidən milli formanı geyinə bilim.
- Bir sözlə, sentyabra qədər formanı qorumaq lazımdı...
- Bəli. Həm çempionat, həm də kubok matçlarında özümüzü yaxşı tərəfdən göstərməliyik. Tək mən yox, bütün yerli futbolçular. Çünki D Liqası bizə yaraşmır, ölkəmizə yaraşmır. Çalışmalıyıq ki, ən azından bu liqada qalib olub C Liqasına yüksələk.
Anar XANLAROV