“Qəbələ” növbəti transferini rəsmiləşdirib. 


Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb. 


24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. 


Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.