"Qəbələ"dən növbəti transfer
- 17:30
- 34
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.
Qeyd edək ki, "Qəbələ" buna qədər Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Uboçioma Meşak və Bruno Silvanı heyətinə cəlb edib.