“Qəbələ” yeni futbolçu ilə anlaşıb. 


Rekord.az xəbər verir ki, klub Bruno Silvanı heyətinə cəlb edib. 


Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib. 


O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.