Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, sözügedən komanda “İmişli” ilə qarşılaşıb.


Matç Qəbələ şəhər stadionunda keçirilib. Məhsuldar keçən oyunda 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2.


 Mövsümlərarası dövrdə son oyununu avqustun 4-də keçirəcək “qırmızı-qaralar” “Şamaxı” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.