Qayıtmağı özü xahiş edib
- 15:00
- 30
Məlum olduğu kimi, Ronaldo Vaskez yenidən "Sumqayıt"da çıxış edəcək və onunla klub arasında 1+1 formatında müqavilə bağlanıb.
Rekord.az xəbər verir ki, əslində "Sumqayıt" hələ ötən mövsümün gedişində, aprel ayından ona yeni müqavilə təklif etmişdi.
Lakin Vaskez uzun müddət bu təklifə cavabn verməyib mövsümün sonunu gözləmişdi. Daha iddialı klublardan təklif alacağını və dahga çox maaşa həmin klublardan birinə gedəcəyini düşünürdü. Lakin düşündüyü olmadı və heç bir klubdan ciddi təklif almadı. Təklif göndərən klublar da "Sumqayıt"da aldığından çox pul vəd vermədi. Vəziyyəti belə görən dominikanlı "Sumqayıt"la əlaqə saxlayaraq karyerasını burda davam etdirməyə razı olduğunu bildirdi. O, demək olar ki, ötən mövsümkü maaşa oynayacaq.