“Qarabağ”la “Sabah”dan heç-heçə, “Zirə”dən inamlı qələbə
- 22:00
- 33
Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinala mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, yarımfinalın ilk oyunları eyni günə təsadüf edib.
İlk oyun “Turan Tovuz”la “Zirə” arasında keçirilib. Sumqayıtda baş tutan oyunu Əliyar Ağayev idarə edib. Qonaqlar yekunda inamlı qələbəyə seviniblər.
Digər oyun “Qarabağ”la “Sabah” arasında baş tutub. Bu görüşdə isə baş hakim Rauf Cabbarov olub. Dörd qolluq görüşdə qalib müəyyənləşməyib.
Xatırladaq ki, mərhələnin cavab görüşləri aprelin 21-22-də keçiriləcək.
Bizon Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel
“Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Eren Aydın, 55. Leroy Mikels, 89.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30
Turan Tovuz: 41. Sergey Samok 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 3. Enrike Silva 99. İbrahima Vadji 8. David Tavareş
Məşqçi: Yunis Hüseynov
Zirə: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ” – “Sabah” 2:2
Qollar: Kadi Borges, 29; 60 – Umarali Rahmonaliyev, 23; 65-pen.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.