"Qarabağ"la oyuna çox ciddi hazırlaşmışıq"
- 17:30
- 29
"Dinamo" "Qarabağ"la oyuna çox ciddi hazırlaşıb.
Rekord.az xəbər verir ki, bunu "Dinamo"nun (Kiyev, Ukrayna) futbolçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
"Səfərdə oynayırıq. Bakıda azarkeşlərin sayı olduqca çoxdur. Qələbə qazanmağa çalışacağıq. Oyuna köklənməliyik. "Qarabağ" çox güclü komandadır. Ciddi şəkildə hazırlaşmışıq və çətin olacağını düşünürük", - futbolçu söyləyib.
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.