“Qarabağ”ın rəqibindən qələbə
- 22:00
- 18
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente” Niderland çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, "Tvente" Erediviziyanın 2-ci turunda doğma meydanda “Zvolle”ni 3:1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra mövsümdə ilk 3 xalını qazanan "Tvente" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Tvente” ilə “Qarabağ” arasında ilk oyun avqustun 20-də, Enshededəki “De Qrolsch Veste” stadionunda keçiriləcək. Cavab matçı isə avqustun 27-də Bakıda olacaq.