"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.


Rekord.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə üz-üzə gələcək.