“Qarabağ”ın potensial rəqiblərinin oyununda darmadağın
- 01:11
- 45
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, qarşılaşmaların əksəri son oyun gününə təsadüf edib.
“Qarabağ”ın Kiyev “Dinamo”suna uduzduğu gündə bu cütün növbəti raunddakı potensial rəqibləri də meydana çıxıblar. Niderland təmsilçisi “Tvente” evdə Slovakiyanın “Dunayska Streda” komandasına 6 cavabsız qolla qalib gəlib.
Mərhələnin cavab görüşləri gələn həftə baş tutacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust
İnter Turku (Finlandiya) – Vaduts (Lixtenşteyn) 2:1
HJK (Finlandiya) – Motervell (Şotlandiya) 1:1
Yablonets (Çexiya) – RFS (Latviya) 2:0
Noa (Ermənistan) – Syon (İsveçrə) 2:2
Payde (Estoniya) – Rapid (Avstriya) 1:4
ÇFR (Rumıniya) – Tromse (Norveç) 0:5
Debretsen (Macarıstan) – Kopenhagen (Danimarka) 0:3
Dinamo (Kiyev, Ukrayna) – Qarabağ (Azərbaycan) 1:0
Göteborq (İsveç) – Gent (Belçika) 0:1
İnter Eskaldes (Andorra) – Flora (Estoniya) 2:0
Rakuv (Polşa) – Hammarbü (İsveç) 0:0
Riqa (Latviya) – Dyor (Macarıstan) 1:0
Şerif (Moldova) – Sent-Qallen (İsveçrə) 1:3
Jalgiris (Litva) – Hayduk (Xorvatiya) 2:5
Beytar (İsrail) – Austria (Avstriya) 1:2
Ayaks (Niderland) – Şelburn (İrlandiya) 3:1
Hapoel (Təl-Əviv, İsrail) – Katovitse (Polşa) 2:0
Tvente (Niderland) – Dunayska Streda (Slovakiya) 6:0
Borats (Bosniya və Herseqovina) – Vitebsk (Belarus) 1:0
Braqa (Portuqaliya) – Dinamo (Minsk, Belarus) 1:0
Luqano (İsveçrə) – Runavik (Farer adaları) 2:0
Valyur (İslandiya) – Nordsyelland (Danimarka) 0:2
Bohemians (İrlandiya) – Midtyulland (Danimarka) 0:2
Riyeka (Xorvatiya) – İlves (Finlandiya) 1:0
Hibernian (Şotlandiya) – Şkendiya (Şimali Makedoniya) 2:1
Partizan (Serbiya) – Tobol (Qazaxıstan) 3:0
Tre Fiori (San Marino) – Drita (Kosovo) 1:4