“Qarabağ”dan ilk oyunda inamlı qələbə
- 21:30
- 40
Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümündə 1-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Qarabağ” “Şamaxı” ilə qarşılaşıb. Mərkəzi arenada keçirilən oyunu Rəvan Həmzəzadə idarə edib. Ağdam klubu meydanı inamlı qələbə ilə tərk edib.
Xatırladaq ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”yə (1:0), “Sabah” “Kəpəz”ə (2:0), “Zirə” “Şəfa”ya (2:0) qalib gəlib. “Araz-Naxçıvan” – “İmişli” matçı qolsuz bitibsə, “Sumqayıt” “Neftçi”yə (1:3) məğlub olub.
Misli Premyer Liqası
1-ci tur
17 avqust
“Qarabağ” – “Şamaxı” 3:1
Qollar: Renaldo Sefas, 28. Rikardo Apolinario, 59-öz qapısına. Aleksey Kaşuk, 85 – Edqar Adilxanov, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.
Qarabağ: 99. Mateus Koxalski, 22. Musa Qurbanlı, 20. Kadi Borges (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 9. Xoni Montiel, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib, 88. Samuel Lobato, 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Buali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ.
Baş məşqçi: Azər Bağırov.