“Qarabağ” mərhələ adlasa…
- 22:13
- 35
"Qarabağ" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA-nı (Sofiya) məğlub edəcəyi təqdirdə növbəti raundda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu, İsrail təmsilçisinin 2-ci təsnifat mərhələsinin hər iki oyununda Moldovanın "Şerif" klubunu məğlub etməsindən (5:0, 1:0) sonra dəqiqləşib.
Bununla da "Makkabi" iki oyunun nəticəsinə əsasən 6:0 hesablı ümumi qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib və ÇSKA – "Qarabağ" cütünün qalibini gözləməyə başlayıb.
ÇSKA ilə "Qarabağ" arasında cavab görüşü bu gün Bolqarıstanda keçirilir. Tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşmada hesab açılmayıb.