PSJ sabiq futbolçusunu heyətinə qatdı
- 16:00
- 41
Fransalı müdafiəçi Luka Din PSJ ilə müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu İngiltərənin "Aston Villa" klubundan ayrılaraq Fransa çempionuna keçib.
Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.
Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Din ötən mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə 44 oyun keçirib və komanda ilə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, fransalı futbolçu daha əvvəl də PSJ-də çıxış edib. O, 2013-cü ildə "Lill"dən Paris klubuna keçib və 2015-ci ilə qədər burada oynayıb. Bu müddətdə 44 matçda meydana çıxan Din 8 titul qazanıb.