PFL Gəncə stadionu ilə bağlı qərarını verdi
- 11:00
- 57
Məlum olduğu kimi, ötən gün Gəncə şəhər stadionunda “Kəpəz”lə “Karvan-Yevlax” arasında test xarakterli yoldaşlıq oyunu keçirilib.
Rekord.az xəbər verir ki, matçı izləyənlər arasında PFL nümayəndələri də olub.
Onlar stadionla bağlı qərarlarını açıqlayıblar. PFL ümumilikdə Gəncə stadionunu bəyənib və müsbət qərar verib. "Kəpəz" həm Premyer Liqa, həm də ölkə kuboku matçlarını doğma stadionda keçirə bilər.