Paraüzgüçülər AÇ-yə Gəncədə hazırlaşırlar
- 13:30
- 37
Azərbaycanın paraüzgüçülük üzrə milli komandasının üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov Gəncə İdman Sarayında təlim-məşq toplanışında iştirak edirlər.
Bu barədə Rekord.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında avqustun 19-da başlayan toplanış sentyabrın 4-dək davam edəcək.
Toplanış sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.