"Karvan-Yevlax" ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşdı
- 16:00
- 24
"Karvan-Yevlax" klubu ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb.
Bu barədə Futbolinfo.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, N.Şıxamirovla avqustda imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.