“Sabah” Çempionlar Liqasının tarixinə düşdü
- 15:20
- 23
"Sabah" komandası UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb.
Rekord.az "Onefootball" nəşrinə istinadən xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirdiyi Liqa mərhələsinin 1-ci turunun oyununda gerçəkləşib.
Azərbaycan çempionunun heyətində meydana çıxan 11 futbolçunun hamısı fərqli ölkələri təmsil edib. Bu da qitənin ən nüfuzlu klub turnirinin tarixində bir ilkdir.
Xatırladaq ki, "Sabah" səfərdə rəqibinə 0:4 hesabı ilə uduzub.