Ozan Can Kökçü Niderland klubunda debüt etdi
- 2021-01-23 18:30
- 500
“Sabah”dan “Telstar”a keçən Ozan Can Kökçü yeni klubunda debüt edib.
Rekord.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turu çərçivəsində “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə iştirak edib.
Ozan, 67-ci dəqiqədə İlias Bronxorstun yerinə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.
"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.
Ozan mövsümün sonuna qədər icarə əsasında “Telstar”da çıxış edəcək.