“Napoli”nin müdafiəçisi Klaudi Kulibaliyə Avropanın nəhəng klubları maraq göstərir.

Rekord.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Luçano Spalletti bu məsələ ilə bağlı danışıb.

O, Kulibalini nəyin bahasına olursa-olsun komandada saxlamaq istədiklərini bildirib:

“Mən onu komandada saxlamaq üçün zəncirləməyə də hazıram”.

“Mançester Yunayted” futbolçu üçün 30 milyon avro təklif etmişdi. Amma “Napoli” rəhbərliyi bu təklifdən imtina edib. Bu da Kulibalini narazı salıb.