Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun bütün oyunları, o cümlədən Birinci Divizionun 10-cu turu çərçivəsində sabah keçiriləcək 3 matç 1 dəqiqəlik sükutla başlayacaq.

Rekord.az xəbər verir ki, bunu offsideplus.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov deyib. Qurum rəsmisi bu gün Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində həyatını itirən 14 hərbçimizin əziz xatirəsinə görə, bu addımı atacaqlarını bildirib.

Xatırladaq ki, Premyer Liqamızın 13-cü turu dekabrn 4-də start götürəcək.

Allah şəhid olan hərbçilərimizə rəhmət etsin!