BƏƏ-nin “Əl-Vahda” klubundan ayrılan Duşan Tadiçin yeni komandası müəyyənləşib.


Rekord.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra Niderlandın “NEK Neymegen” klubunda çıxış edəcək.


Tərəflər 2 illik müqavilə bağlayıblar. 


Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü daha əvvəl "Tvente", "Ayaks", "Fənərbağça" kimi klublarda oynayıb. O, “Əl-Vahda”ya ötən ilin yayında qoşulmuşdu.