Türkiyə Super Liqasında ikinci tura start verilib. 

Rekord.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin formasını geydiyi “Ərzurumspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0. 

Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

Qeyd edək ki, 2 turdan sonra “Qalatasaray” 4 xalla turnir cədvəlində 1-ci, “Ərzurumspor” isə 0 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.