“Neftçi”nin rəqibləri müəyyənləşdi
- 00:34
- 39
“Neftçi”nin Sloveniyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 2-də “ÇFR Kluj” (Rumıniya), 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) ilə qarşılaşacaq.
Bütün matçlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlanacaq.