“Neftçi”nin futbolçuları autizmli gənclərlə görüşdülər
- 20:00
- 33
“Neftçi"nin futbolçuları 2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə keçirilən tədbirdə iştirak ediblər.
Rekord.az xəbər verir ki, sözügedən görüşdə "ağ-qaralar"ın futbolçuları – Emil Balayev, Edvin Kuç və Alessio Kurçi autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən məkanda bir araya gəliblər.
Gənclərin fəaliyyəti ilə tanış olub, onlarla ünsiyyət quran komanda üzvləri onlara xatirə hədiyyələri təqdim ediblər.