"Neftçi" növbəti mövsümdən Rəhman Hacıyevi yenidən icarəyə verə bilər.

Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun daha az oynamaq şansı qazanmasıdır.

30 yaşlı futbolçu özü də daimi stabil oynaya biləcəyi kluba getmək istəyir. Mövsüm başa çatandan sonra bu məsələ ilə bağlı rəhbərliklə futbolçu arasında konkret söhbət olacaq.