"Şəfa"nın baş məşqçisi Zaur Həşimov avrokuboklarda çıxış edən klublarımızın şanslarını dəyərləndirib.

Rekord.az-a danışan Həşimov öncə "Sabah"ı Çempionlar Liqasında mərhələ keçmək münasibəti ilə təbrik etdi.

Daha sonra isə "Qarabağ", "Zirə" və "Neftçi"nin şanslarını dəyərləndirdi: "Hər üç klubumuzun mərhələ keçəcəyinə inanıram. Düzdür, "Neftçi"nin işi bir az çətin olacaq. Açığı mən ilk əvvəl elə bildim ki, "Dinamo" Minsk "Neftçi"ni Sumqayıştda qəbul edəcək, amma sonra bildim ki, oyun Bolqarıstanda olacaq. Hər halda, düşünürəm ki, "Neftçi" iki topluq fərqi aradan qaldıracaq gücdədir. "Zirə"dən qələbə gözləyirəm. "Qarabağ"dan da həmçinin. "Qarabağ" daha öncə də belə situasiyalara düşüb. Yəni evdə qələbə qazana bilməyib, amma gedib səfərdə rəqiblərini məğlub edib"