Günü gündən öz fəaliyyətini genişləndirən "Sportinq Bakı" futbol klubu daha bir yeniliyə imza atıb. Vüqar Nadirovun rəhbərlik etdiyi klub ölkə idmanının məşhur simalarını özünə fəxri üzv seçməyə başlayıb.

 

Rekord.az xəbər verir ki, ilk belıə üzvlər Azərbaycan futbolunun tanınmış simalarından olan Nazim Süleymanov və tanınmış güləşçi Hacı Əliyev olub. 

 

"Ruslan-93" bazasında baş tutan görüşdə, hər iki şəxslə anlaşma müqaviləsi imzalanib. Bu müqavilə əsasında seçilən fəxri üzvlər kluba öz mənəvi dəstəyini göstərəcək. Bununlada fəxri üzv layihəsinə qoşulan tanınmışların sayı 8 oldu. Daha 2 idmançı bu layihəyə qoşulacaqlar.