“Napoli” Lukakunu komandadan kənarlaşdırır?
- 31 Mar 2026 23:30
- 28
“Napoli”nin hücumçusu Romelu Lukaku cəza ilə üzləşə bilər.
Rekord.az xəbər verir ki, zədə səbəbindən milli komandadan ayrılan futbolçu klubun məşq bazasına qayıtmayıb.
Klub rəhbərliyi onun reabilitasiya üçün çağırışa əməl etmədiyini təsdiqləyib və intizam tədbirlərini nəzərdən keçirir. Lukakunun qeyri-müəyyən müddətə komandadan kənarlaşdırılması da istisna edilmir.
Futbolçu isə müalicəsini Belçikada davam etdirdiyini və tam hazır olmadan oynamaq istəmədiyini bildirib.
“Napoli” hazırda A Seriyasında lider “İnter”dən 7 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb.