Murad Musayev “Sabah”dakı işindən danışdı
- 18:00
- 34
"Krasnodar"ın baş məşqçisi Murad Musayev sabiq klubu "Sabah"dan ayrılmasından danışıb.
Rekord.az xəbər verir ki, mütəxəssis "Matç TV"yə müsahibəsində deyib:
"Ən çətini emosiyası olmayan komandanı çalışdırmaqdır. Futbolçular məğlubiyyətə adi hal kimi baxırdılar. Mən "Sabah"dan getdim. Amma bu, o demək deyil ki, məni oradan göndərdilər. İki il "Sabah"da işlədim. Daim qələbə qazanmaq və inkişaf etmək istəyən komandamız var idi. Sonra liderlər getdi, yeni futbolçular gəldi. Onda uğursuz mövsüm oldu. Ümumilikdə mənim emosiyasız komandadan xoşum gəlmir".
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabr ayından 2024-cü ilin fevralın ayınadək "Sabah"ı çalışdırıb.