Misli Premyer Liqasının 2026/27 mövsümündə I turun oyun cədvəli məlum olub.


Rekord.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. 


Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


14 avqust (cümə)


19:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu, 19:30


15 avqust (şənbə)


18:30. “Araz-Naxçıvan” – “İmişli”

Qəbələ şəhər stadionu


20:45. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”


16 avqust (bazar)


19:00. “Sumqayıt” – “Neftçi”

“SOCAR Polymer Arena”


21:00. “Zirə” – “Şəfa”

Zirə İdman Kompleksinin stadionu


17 avqust (bazar ertəsi)


19:30. “Qarabağ” – “Şamaxı”

Tofiq Bəhramov adına Respublika stadionu


Həmçinin qeyd olunub ki, Misli Premyer Liqasının 2026/27 mövsümünün 1-ci turunun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq (tam versiya).


Bundan əlavə, bilirilib ki, lkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz” klubunun rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən klublar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.