Mirzəbalayeva "Euro Mini Champs"da finala yüksəldi
- 17:30
- 27
Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən "Euro Mini Champs" yarışında finala yüksəlib.
Rekord.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində çıxış edən idmançı ilk 3 mərhələni lider kimi başa vurub.
O, 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa idmançılarına qalib gələrək yarımfinala addımlayıb. M.Mirzəbalayeva bu mərhələdə İsveçrə təmsilçisini 3:0 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.
Stolüstü tennisçi finalda Latviya idmançısı ilə qarşılaşacaq.