Erve Renar Kot d'İvuar millisinin baş məşqçisi təyin edilib.


Rekord.az xəbər verir ki, bu barədə adı çəkilən ölkənin futbol federasiyası məlumat yayıb.


57 yaşlı fransalı mütəxəssis 2014-2015-ci ildə də bu yığmaya rəhbərlik edərək Afrika Millətlər Kubokunu qazanıb.


Renarın son iş yeri Tunis millisi olub. Amma DÇ-2026-dakı uğursuz çıxışdan sonra onunla yollar ayrılmışdı.