Çexiya Futbol Assosiasiyası milli komandanın yeni baş məşqçisini açıqlayıb.


Rekord.az xəbər verir ki, yığmanı ispaniyalı mütəxəssis Santi Denia çalışdıracaq.


52 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, tərəflər əməkdaşlığı daha sonra uzada da biləcəklər.


Denia dünya çempionatından sonra komandadan ayrılan Miroslav Koubeki əvəzləyib. Bununla da o, Çexiya millisinin tarixində ilk əcnəbi baş məşqçi olub.


Denia uzun illər İspaniyanın aşağı yaş qrupları üzrə millilərində çalışıb. O, 2024-cü il Olimpiadasının qalibi olub, həmçinin U-17 və U-19 milliləri ilə Avropa çempionluqları qazanıb. Mütəxəssisin son iş yeri Qətərin "Əl-Şahaniya" klubu olub.