Millinin baş məşqçisi ilə yollar ayrıldı
- 23:00
- 17
Kabo Verde millisinin baş məşqçisi Bubişta vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis karyerasını klub səviyyəsində davam etdirəcək və Mərakeşin "Berkan" komandasını çalışdıracaq.
Federasiya yaxın vaxtlarda Bubiştanı millidə əvəz edəcək yeni baş məşqçinin adını açıqlayacağını vurğulayıb.
Bubişta DÇ-2026-da Kabo Verde millisini sensasiyalı şəkildə pley-off mərhələsinə çıxarmışdı. Komanda yalnız Argentina millisinə məğlub olaraq turnirlə vidalaşıb.