Millimizin üzvlərindən Türkiyə klubu ilə yeni müqavilə
- 16 Avq 2026 19:00
- 116
Azərbaycan millisinin futbolçuları Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyənin "Yüksəkovaspor" klubu ilə müqavilə müddətini uzadıblar.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.
Hər iki oyunçu 2026/2027 mövsümündə də Superliqa təmsilçisinin formasını geyinəcək.