17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Albaniyada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, milli seçmə mərhələyə hazırlıq məqsədi ilə 20-23 sentyabr tarixlərində Bakıda təlim-məşq toplanışı keçirəcək.

Bakı toplanışdan sonra Albaniyaya gedəcək 20 nəfərlik heyət müəyyənləşəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:

1. Mustafazadə Rabiyə - Xırdalan Siti
2. İsayeva Məryəm - Gömrükçü
3. Mirzəyeva Aytac - Amasiya
4. Hüseynli Fatimeyi-Zəhra - Balxurma
5. Azayeva Günay - 8-RİOEUGİM
6. Seyidova Müjgan - Balxurma
7. Həsənova Aydan - Neftci
8. Piriyeva Şəkər - Gömrükçü
9. Abbaszadə Lalə - Amasiya
10. Adimova Lamiyə - UGİM Qax
11. Haqverdiyeva İntizar - Amasiya
12. Hacıyeva Mələk - 8-RİOEUGİM
13. Həsənli Səma - UGİM Qax
14. Əhmadova Fatimə - Amasiya
15. Məhərrəmli Fatimə - Gömrükçü
16. Cabbarova Nurlanə - Gömrükçü
17. Hümbətova Şəhanə - 8-RİOEUGİM
18. Əliyeva Röya - Amasiya
19. Hacıyeva Əsmayə - 8-RİOEUGİM
20. Gençay Şeyma Nur - Kilicaslan Yildiz Spor (Türkiyə)
21. Kəsməz Sumeyra - Kayseri Genclerbirligi Spor (Türkiyə)
22. Yıldız Gülbahar - Kilicaslan Yildiz Spor (Türkiyə)
23. Sağlam Nisanur - ALG Spor (Türkiyə)

27 sentyabr
18:00. Monteneqro – Azərbaycan
Elbasan Arena (Elbasan)

30 sentyabr
18:00. Azərbaycan – Albaniya
Elbasan Arena (Elbasan)

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.