Bu yaxınlarda II Liqa təmsilçisi "Ağstafa Gəncləri" ilə razılığa gələn, hətta bu komandanın heyətində "Turan Tovuz-2"ə qarşı yoxlama görüşündə meydançaya çıxan Nurlan Novruzov gözlənilmədən düşərgəni tərk edib.

Rekord.az xəbər verir ki, millimizin sabiq üzvü Bakıya gedərək geri qayıdacağını desə də, "Ağstafa Gəncləri"ni aldadıb.

Belə ki, Novruzov Bakıya gəldikdən sonra "Zəngəzur" komandası ilə danışıqlar aparıb. Onların daha çox maaş təklifi müqabilində Ağstafayz xəbər göndərib ki, gələ bilməyəcək. Onun bu addımı ağstafalılara pis təsir etsə də, barışmağa məcbur olublar. Çünki II Liqada bağlanan müqavilələr rəsmi olmadığı üçün futbolçuya qarşı heç bir hüquqi addım ata bilmirsən.